Məzmuna keç

Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri həbs edildi

Qazaxıstanda keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev həbs edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Astananın ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsinin mətbuat xidməti bildirib.

"Noyabrın 11-də Astana şəhərinin ixtisaslaşdırılmış rayonlararası istintaq məhkəməsi şübhəli şəxs Kuandıq Bişimbayev barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə uyğun olaraq digər məlumatlar açıqlanmır", – deyə qeyd olunub.

Qeyd edək ki, noyabrın 10-da Qazaxıstanın Daxili İşlər Nazirliyi milli iqtisadiyyat nazirinin sabiq müavini Kuandıq Bişimbayevin ölüm faktına görə saxlanıldığını təsdiqləyib.