Məzmuna keç

Türkiyədə silahlı insident, ölən və yaralılar var

Türkiyənin Şanlıurfa şəhərində silahlı insident zamanı 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, Suruç rayonunda aralarında ədavət olduğu iddia edilən iki qrup arasında başlayan mübahisə zamanı tərəflər bir-birinə atəş açıb.

Bölgəyə dərhal polis və təcili tibbi yardım əməkdaşları göndərilib.

Yaralılar Suruç Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə