Argentinada ağır yol qəzasında 6 nəfər həlak olub.
E-huquq.az xarici mətbata istinadən xəbər verir ki, Bariloçe şəhəri ilə Villa La Anqostura arasında hərəkət edən tur mikroavtobusu qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Hadisə nəticəsində 6 turist ölüb, 7 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası cəlb edilib.
Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə
