Türkiyənin Muğla şəhərində qanunsuz miqrantlar saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, Bodrum sahillərində Yunanıstan tərəfindən geri qaytarılan və rezin qayıqda köməksiz vəziyyətdə qalan 29 qanunsuz miqrant xilas edilib.
Bununla yanaşı, qanunsuz yollarla xaricə getməyə çalışan 35 qanunsuz miqrant saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
