Məzmuna keç

İraqın şimalında 6 terrorçu zərərsizləşdirildi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində hava əməliyyatı keçirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə daxilində və sərhəddən kənarda terrora qarşı mübarizə fasiləsiz olaraq davam edir. Keçirilən son hava əməliyyatı nəticəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

"Son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız davam edəcək", – deyə nazirliyin məlumatında qeyd olunub.

Şəbnəm Mehdizadə