Məzmuna keç

Ərdoğan 4 ölkəyə yeni səfir təyin etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə ölkəyə yeni səfirlər təyin edib.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat "Resmi Gazete"də dərc olunub.

Belə ki, Burhan Köroğlu Türkiyə Respublikasının Mavritaniya İslam Respublikasındakı, Tunca Özçuhadar Şərqi Uruqvay Respublikasındakı, Əhməd Demirok Türkmənistandakı, Mehmet Küçüksakallı isə Eritreya Dövlətindəki səfiri təyin edilib.

Şəbnəm Mehdizadə