Məzmuna keç

Rusiya Ukraynadakı müharibədə daha 920 hərbçisini itirib

Ukrayna Silahlı Qüvvələri son sutkada 920 rus hərbçisini zərərsizləşdirib.

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib.

Rusiyanın müharibədəki canlı qüvvə itkisi 313 min 470 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya indiyədək müharibədə 5 362 tank, 10 086 zirehli maşın, 5 649 operativ-taktiki PUA, 7 589 artilleriya sistemi, 580 hava hücumundan müdafiə sistemi, 882 reaktiv yaylım atəş sistemi, 1 561 qanadlı raket, 322 təyyarə, 324 helikopter, 21 gəmi/qayıq, 9 973 avtomobil və tanker, 1 081xüsusi texnika itirib.

Şəbnəm Mehdizadə