Məzmuna keç

Baş Qərargah: “Ukrayna qoşunları Melitopol istiqamətində irəliləməyə davam edir”

"Son 24 saat ərzində ukraynalı müdafiəçilər və rus işğalçılarının onlarla hücumunu dəf edə biliblər".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, gün ərzində cəbhədə 80 hərbi toqquşma olub. Ən qaynar nöqtələr Avdiivka Baxmut və Maryinka olaraq qalır. Bu istiqamətlərdə düşmənin hücum cəhdləri uğursuz olub. Onlar canlı qüvvə və texnika itkisi veriblər. Ukraynahərbçiləri isə əldə olunan xətlərdə möhkəmlənməkdə davam edib.

Eyni zamanda qeyd olunub ki, Ukrayna qoşunları Melitopol istiqamətində irəliləməyə davam edir. Orada Ukrayna Silahlı Qüvvələri bütün cəbhə xətti boyunca işğalçılara canlı qüvvə və texnikada xeyli itki verdirib. Xerson istiqamətində Ukrayna əsgərləri əks-batareya döyüşü aparır və ruslara zərbələr endirirlər.

Şəbnəm Mehdizadə