Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyatda 5 nəfər saxlanılıb

Türkiyədə İŞİD terror təşkilatına qarşı 3 vilayətdə əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, aparılan istintaq tədbirləri çərçivəsində terror təşkilatı daxilində partlayıcı maddələrin istehsalı ilə məşğul olan, təşkilat üzvlərinə maddi yardım göstərən və digər terror fəaliyyətləri həyata keçirən 6 iraqlı müəyyən edilib.

Ankara, Mersin və Bursa şəhərlərində keçirilən əməliyyatlarda həmin şəxslərdən 5-i saxlanılıb. 1 şübhəlinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

Şəbnəm Mehdizadə