Məzmuna keç

Məhkəmənin səhv qərar çıxardığını iddia edən vəkil: “Dəymiş zərəri hakim ödəsin”

Türkiyədə vəkil hakimin səhv qərar çıxardığını iddia edərək dəymiş zərərin ödənilməsini tələb edib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, vəkil İlker Atamer məhkəməyə verilib və ona qarşı 2018-ci ildə satdığı mənzilin kommunal borclarının ödənilməsi barədə tələb irəli sürülüb. Vəkil yaranmış borcun mənzilin satılmasından sonrakı dövrə aid olduğunu iddia etsə də, məhkəmə icraatın qaldığı yerdən davam etdirilməsinə və icradan imtinaya görə 20 faizlik kompensasiyanın ödənilməsinə qərar verib. Nəticədə İlker Atamer 22 min 415 lirə ödəniş etməli olub.

Qərardan sonra İlker Atamer İstanbul 16-cı Sülh Məhkəməsinə xəbərdarlıq məktubu göndərərək, məhkəmənin verdiyi səhv qərara görə ona dəyən 22 min 415 TL maddi ziyanın qərarı çıxaran hakim tərəfindən ödənilməsini istəyib.

O bildirib ki, maddi zərər ödənilmədiyi təqdirdə əlavə olaraq mənəvi zərərin ödənilməsi barədə tələblə Ali Məhkəməyə müraciət edəcək.

Şəbnəm Mehdizadə