Türkiyədə sosial media vasitəsilə İŞİD terror təşkilatı üçün pul toplayan 8 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən İŞİD-in fəaliyyətini və maliyyə mənbələrini ortaya çıxarmaq üçün aparılan istintaq çərçivəsində təşkilatın "Dar'ul Hayr" adlı sosial media səhifəsi vasitəsilə həbsxanalardakı və ya qarşıdurma bölgələrindəki üzvlərin ailələrinə yardım adı altında pul toplandığı məlum olub.
Maliyyə Cinayətlərinin Təhqiqatı Şurasının (MASAK) hazırladığı hesabata görə, sözügedən pulları İŞİD-ə köçürdüyü müəyyən edilən 9 şübhəlinin tutulması barədə qərar qəbul edilib.
Həyata keçiriləm əməliyyatda 8 şübhəli şəxs yaxalanıb, 1 nəfərin axtarışları davam etdirilir.
Şəbnəm Mehdizadə
