Məzmuna keç

Suriyanın şimalında hücuma hazırlaşan 3 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyat bölgəsində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma cəhd edən 3 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam etdiyini qeyd edib.

Nazirliyin sosial media hesabında edilən paylaşımda terrorla mübarizə ilə bağlı görüntülər də yer alıb.