Türkiyənin İzmir şəhərində qanunsuz miqrantlar saxlanılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Məlumata görə, İzmirin Dikili sahillərində Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-10) tərəfindən rezin qayıqda olan bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edilib. Hərəkətdə olan rezin qayıq bölgəyə təyin edilmiş Sahil Mühafizəsinin qayığı tərəfindən dayandırılıb.
Qayıqda olan 29 qanunsuz miqrant Sahil Mühafizəsi qrupları tərəfindən saxlanılaraq sahilə aparılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
