Məzmuna keç

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 10 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 10 nəfər yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi İstanbulda xarici ölkə vətəndaşlarına İŞİD-in ideologiyasına uyğun təlimlər keçirilməsinə qarşı əməliyyat keçirib.

Şəhər 9 rayonunda 15 fərqli ünvandaa eyni vaxtda keçirilən əməliyyatda 10 şübhəli şəxs saxlanlıb. Saxlanılan 7 qeyri-qanuni miqrant isə İstanbul Miqrasiya İdarəsinə təhvil verilib.

Əməliyyat zamanı tutulan 10 şübhəlinin istintaqı davam edir.

Şəbnəm Mehdizadə