Məzmuna keç

İki ailə arasında davada 5 nəfər yaralandı

Türkiyənin Qars şəhərində iki ailə arasında dava nəticəsində 5 nəfər xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bir-birilərinə daş və taxta parçaları ilə hücum edən tərəfləri ayırmaq üçün hadisə yerinə jandarma əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan şəxslər xəstəxanaya aparılıb.

Tərəflər arasında davanın hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisənin baş verdiyi Küçük Boğatepe rayonunun giriş və çıxışında təhlükəsizlik tədbirləri görülüb.

Şəbnəm Mehdizadə