Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı "Pəncə-Kilid" əməliyyatı bölgəsi və Hakurk bölgəsində aşkarlanan 13 PKK terrorçusunu hava əməliyyatı nəticəsində zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada Türkiyə Silahlı Qüvvələrinin "Axtar, tap, məhv et!" kod adı ilə dəmir yumruğunu terrorçuların üzərinə endirməyə davam etdiyi bildirilib.
Bu çərçivədə 13 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirildiyi qeyd olunub.
Vurğulanıb ki, bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlar qətiyyətlə davam etdiriləcək.
Şəbnəm Mehdizadə
