Türkiyənin Muğla şəhərində 81 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığı tərəfindən iki ayrı rezin qayıqda qeyri-qanuni miqrantların olduğu müəyyən edilib.
Qayıqlar komandanlağın əməkdaşları tərəfindən saxlanılaraq göyərtəsindəki sərnişinlər sahilə çıxarılıb.
Qanunsuz miqrantlar müvafiq hüquqi prosedurlardan sonra Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
