2021-2022-ci illər arasında qızılcaya yoluxma və ölüm halları kəskin şəkildə artıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) hesabatında bildirilir.
CDC-nin həftəlik hesabatına görə, qızılcaya yoluxma hallarının sayında 18 faiz artım olub.
Bu statistika 2021-ci ildəki 7,8 milyon olan yoluxmaların sayının bir il ərzində 9,2 milyona yüksəlməsi deməkdir.
Həmçinin qızılcadan ölənlərin sayının 43 faiz artdığı bildirilib. Belə ki, ölənlərin sayı 95 mindən 136 minə yüksəlib.
CDC rəsmisi Con Vertefeuille, "Qızılca xəstəliyinin yayılması və ölüm hallarının artması təəccüblüdür, lakin son bir neçə ildə peyvəndləmənin azaldığını nəzərə alsaq, təəssüf ki, gözlənilməz vəziyyət deyil deyil. Qızılca xəstəliyinin yayılmasının və ölüm hallarının qarşısının alınması üçün təcili, məqsədyönlü səylər vacibdir", – deyə bildirib.
ÜST-nin vaksinlər və biologiya üzrə direktoru Dr. Kate O'Brien isə, "Uşaqların yaşadıqları yerdən asılı olmayaraq qızılca peyvəndi ilə qorunmaq hüququ var", – deyə qeyd edib.
Şəbnəm Mehdizadə
