Türkiyənin Şanlıurfanın Siverek rayonunda iki avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
İlkin tibbi yardımdan sonra yaralılar Siverek Dövlət Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Şəbnəmm Mehdizadə
