- 17:35
Türkiyədə güclü leysanın səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər həyatını itiribş.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, Zonquldakda 3, Batmanda 4, Diyarbəkirdə isə 1 nəfər sel nəticəsində həyatını itirib.
Nazir hmçinin deyib ki, İzmirə getmək üçün limandan çıxan və Zonquldak sahillərində batan Türkiyə bayraqlı yük gəmisində 12 türk ekipaj üzvündən birinin cəsədi tapılıb. İtkin düşmüş 11 ekipaj üzvünün axtarış-xilasetmə işləri davam edir. Axtarış-xilasetmə əməliyyatına 800-dən çox heyət, 295 texnika, 2 təyyarə, 1 helikopter və qayıqlar cəlb olunub.
Yerlikaya deyib ki, əlverişsiz hava şəraiti nəticəsində evlərə, təhsil ocaqlaraına və digər müəssisələrə ciddi ziyan dəyib. Dəymiş ziyanın qiymətləndirilməsinə başlanılıb.
Şəbnəm Mehdizadə