- 9 Oktyabr 23:29
Türkiyənin Van şəhərində terrorla mübarizə çərçivəsində keçirilən əməliyyatlar zamanı 19 nəfər yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Van Şəhər Polis İdarəsi məlumat yayıb.
Məlumata görə, polis əməkdaşlarının 13-19 noyabr tarixləri arasında həyata keçirdiyi əməliyyatlar zamanı saxlanılan şəxslərdən 13-nün PKK/KCK, 2-nin isə FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib.
Şübhəlilər barəsində həbs-qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə