Somalidə sel nəticəsində ölənlərin sayı 53-ə çatıb


  • 21 Noyabr 2023 15:32

Somalidə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Somali Təbii Fəlakətlərin İdarə Olunması Agentliyinin (SODMA) prezidenti Mohamud Moallin Abdulle məlumat verib.

O, 1,5 milyon insanın yağış və daşqınlardan zərər çəkdiyini, 5 mindən çox evin dağıldığını bildirib.

Daşqınlar ölkənin Hiraan, Bakol, Bay və Gedo bölgələrində ciddi fəsadlara səbəb olub.

Qeyd edək ki, Somali iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələr sırasındadır. Daşqınlardan sonra Somalinin bəzi bölgələrində "fövqəladə vəziyyət" elan edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər