- 9 Oktyabr 23:29
ABŞ-ın Ohayo ştatında supermarketə silahlı hücum edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxs odlu silahdan atəş açaraq 4 nəfəri yaralayıb.
Yerli polisin verdiyi açıqlaya görə ABŞ-ın ən böyük supermarket şəbəkəsi olan "Walmart"ın filiallarından birinə hücum edən şəxs hadisə yerində intihar edib
Polis yaralıların vəziyyəti ilə bağlı məlumat verməyib.
Hadisə ilə bağlı istintaq davam edir.
Şəbnəm Mehdizadə