Məzmuna keç

Türkiyədə hərbi maşın aşdı, 6 hərbçi yaralandı

Türkiyənin Van şəhərində hərbi maşının qəzaya uğraması nəticəsində 6 hərbçi yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Vandan Hakkariyə gedən zirehli maşın naməlum səbəbdən idarəetmədən çıxaraq aşıb.

Hadisə yerinə dərhal jandarma, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.

Yaralı əsgərlər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Şəbnəm Mehdizadə