Türkiyənin paytaxtı Ankarada bir ailənin 5 üzvü qətlə yetirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Sincan rayonunda qonşular arasında yaşanan mübahisə zəmnində baş verib.
72 yaşlı kişi qonşuları – bir ailənin 5 üzvünü güllələyib.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılardan 4-ü hadisə yerində, 1-i isə xəstəxanada dünyasını dəyişib.
Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Tərəflər arasında zaman-zaman səs-küy səbəbindən dava-dalaş yaşandığı bildirilib.
Şəbnəm Mehdizadə
