Məzmuna keç

Türkiyədə məktəbli avtobusu qəzaya uğrayıb, 9 şagird xəsarət alıb

Türkiyənin Muğla şəhərində məktəbli avtobusu qəzaya uğrayıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fethiye-Antalya avtomobil yolunun Karabeldən keçən hissəsində mikroavtobusun aşması nəticəsində 9 şagird yaralanıb.

Ətrafdakıların köməkliyi ilə nəqliyyat vasitəsindən çıxarılan yaralılar təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Onların həyatı üçün təhlükə olmadığı bildirilib.

Şəbnəm Mehdizadə