Türkiyənin Düzce bölgəsində taxta sexində baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın sexin qurutma anbarında başlayıb.
Qısa müddətdə bütün sexi bürüyən yanğının söndürülməsi 4 saat çəkib.
Alova müdaxilə edən qruplar yanğını söndürüb. Tüstüdən zəhərlənən 5 nəfər xəstəxanaya aparılıb.
Sex yararsız vəziyyətə düşüb.
Yanğınla bağlı araşdırma başladılıb.
Şəbnəm Mehdizadə
