Dənizlidə turistləri daşıyan avtobus minik avtomobili ilə toqquşub: 20 nəfər yaralanıb
Türkiyənin Denizli şəhərində tailandlı turistləri daşıyan avtobusun minik avtomobili ilə toqquşması nəticəsində 20 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, turizm şirkətinə məxsus avtobus minik avtomobili ilə toqquşmadan sonra yol nişanına çırpılaraq səkiyə çıxıb.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları və polis əməkdaşları göndərilib.
Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.
Şəbnəm Mehdizadə
