Türkiyə ordusu Suriyanın şimalında 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bölgədə yeganə məqsədi qan tökmək olan PKK/YPG terrorçularına qarşı mübarizə davam edir. Həyata keçirilən əməliyyatlar çərçivəsində Türk Silahlı Qüvvələri "Barış bulağı" əməliyyatı bölgəsində hücuma hazırlaşan 3 terrorçunu müəyyən edərək zərərsizləşdirib.
Şəbnəm Mehdizadə
