Türkiyənin Antalya şəhərində iki avtomobilin toqquşması nəticəsində 1 uşaq ölüb, 8 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib.
Yaralılar Kaş Dövlət Xəstəxanasına aparılıb.
Qəza zamanı yaralanan 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
