"Ukraynanın müdafiəçiləri Zaporojye vilayətində Melitopol istiqamətində hücum əməliyyatları aparırlar. Rusiya işğalçıları Ukrayna Silahlı Qüvvələrinin Novofedorovkaya qədər irəliləməsindən narahatdırlar".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
ISW analitiklərinin fikrincə, Rusiya ordusu Donetsk-Zaporojye bölgəsinin inzibati sərhədi bölgəsində hücum əməliyyatları keçirməyə cəhd edib, lakin 26 noyabrda onların hər hansı irəliləyişi təsdiqlənməyib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rusların Staromayorskinin şərqində və Velikaya Novoselkadan 11 km cənub-şərqdə yerləşən Zolotaya Nivanın cənubunda uğursuz hücumları barədə məlumat verib.
Öz növbəsində Rusiya mənbələri Ukrayna Silahlı Qüvvələrinin Zaporojye vilayətinin qərbində hücum əməliyyatları keçirdiyini iddia edib. Rusiyalı hərbi müxbir iddia edib ki, Ukrayna hərbçiləri kiçik piyada qrupları ilə Robotino və Robotinodan 9 km şərqdə yerləşən Verbovoe ərazilərinə hücum edib.
Noyabrın 26-da başqa bir rusiyalı hərbi bloger bildirib ki, ötən həftə Ukrayna Silahlı Qüvvələri Rabotinodan 15 km şimal-şərqdə yerləşən Novofedorovkaya qədər yarım kilometr irəliləyib.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib ki, Ukrayna müdafiəçiləri Dnepr çayının şərq sahilində mövqelərini saxlayırlar.
Şəbnəm Mehdizadə
