Türkiyədə PKK/KCK terror təşkilatına qarşı keçirilən əməliyyatlarda 98 nəfər saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları terror təşkilatına qarşı 18 vilayətdə eyni vaxtda əməliyyat keçirilib.
Ağrı, Antalya, Bingöl, Bursa, Elazığ, Qaziantep, Hakkari, Kocaeli, Mardin, Muğla, Osmaniye, Yalova, İzmir, Adıyaman, Siirt, Adana, Şanlıurfa və Konyada keçirilən əməliyyatlar zamanı 98 şübhəli saxlanılıb.
Şəbnəm Mehdizadə
