Məzmuna keç

Türkiyədə fırtına zamanı 5 hərbçi yaralanıb

Türkiyənin Trabzon şəhərinin Qara dəniz sahilindəki Sürmənə rayonunda 5 hərbçi dənizdə başlayan fırtına zamanı xəsarət alıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Çamburnu Limanında hərbi hissənin yerləşdiyi ərazidə dənizdə böyük dalğalar əmələ gəlib. Bu zaman dalğaların təsirindən hərbi hissədə olan 5 hərbçi xəsarət alıb.

Hadisə yerinə dərhal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, jandarma əməkdaşları, təcili tibbi yardım və Sahil Təhlükəsizlik qrupları cəlb edilib.

Sürmene Dövlət Xəstəxanasına çatdırılan hərbçilərin səhhətinin yaxşı olduğu bildirilib.

Sözügedən hərbi hissənin ərazisində park edilmiş avtomobili də dalğalar aparıb. Təhlükəsizlik məqsədilə həmin ərazi boşaldılıb.

Ərazidə dənizə düşən balıqçının həyatı xilas edilib.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə