Məzmuna keç

Türkiyədə silahlı insident zamanı 4 nəfər yaralanıb

Türkiyənin Şanlıurfa şəhərində silahlı insident zamanı 4 nəfər yaralanıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Şanlıurfanın Haliliye rayonunda iki qrup arasında başlayan mübahisə silahlı insidentə çevrilib. Nəticədə 4 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.

Yaralanan 4 nəfər təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.

Araşdırma aparılır.

Şəbnəm Mehdizadə