Məzmuna keç

Türkiyənin bəzi şəhərlərində əlverişsiz hava şəraitinə görə məktəblər bağlanıb

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunda fırtına zamanı sahilyanı əraziləri su basması səbəbindən 4 məktəbdə tədris prosesi bir gün müddətinə dayandırılıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rayon mərkəzində əlverişsiz hava şəraiti həyata mənfi təsir göstərib.

İskenderun valisi Mehmet Sefa Demiryürek 4 məktəbdə təhsilin bir gün müddətinə dayandırıldığını açıqlayıb.

Bundan başqa, Ərzurum vilayətinin Əziziyə, Palandöken və Yakutiye rayonlarında da hava şəraiti ilə əlaqədar təhsil 1 gün müddətinə dayandırılıb.Ərzurum valiliyinin açıqlamasında hamilə, əlil və ya xroniki xəstəliyi olan dövlət qulluqçularının da 1 günlük icazəli sayılacağı bildirilib.

Şəbnəm Mehdizadə
​