- 9 Oktyabr 23:29
Türkiyənin Ədirnə şəhərindən Yunanıstana qaçmağa çalışan 13 terrorçu saxlanılıb.
E-huquq.az xəbər verir ki, Ədirnə Valiliyinin məlumatına görə, Jandarma Komandanlığı qrupları tərəfindən Yunanıstana qaçmağa cəhd edən 13 terror təşkilatı üzvü yaxalanıb.
Şübhəlilərdən 8-nin FETÖ, 5-nin isə axtarışda olan PKK üzvü olduğu məlum olub.
Araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə