Türkiyənin 4 vilayətində FETÖ-yə qarşı əməliyatda 6 nəfər tutulub


  • 28 Noyabr 2023 17:31

Mərkəzi İstanbul olmaqla Türkiyənin 4 vilayətində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 6 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, istintaq çərçivəsində terror təşkilatı ilə əlaqədə şübhəli bilinən bir nəfərin ünvanına keçirilən baxış zamanı çox sayda rəqəmsal materiallar ələ keçirilib.

Şübhəli şəxsin təşkilat üzvlərinin istifadə etdiyi mesajlaşma proqramından istifadə etdiyini müəyyən edən hüquq-mühafizə orqanları proqram üzərində aparılan araşdırma nəticəsində hazırda təşkilat daxilində fəaliyyətdə olan 8 nəfərin şəxsiyyəti və ünvanlarını müəyyən edib.

Həmçinin təşkilatın kommunikasiya proqramı olan "ByLock"dan istifadə edən və təşkilat üzvlərinə pul köçürən daha 2 şübhəli şəxs müəyyən edilib.

4 vilayətdə 14 ünvanda eyni vaxtda əməliyyatda 6 şübhəli şəxs yaxalanıb.

Digər şübhəli şəxslərin tuutlması istiqamətində tədbirlər davam etdirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər