- 8 Sentyabr 20:43
Qarabağdakı qondarma rejimin sabiq "müdafiə naziri" general-leytenant Cəlal Arutyunyana qarşı cinayət işi məhkəməyə göndərilib.
E-huquq.az xəbər verir ki, iş Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsinin hakimi Qarik Abelyanın icraatına verilib.
Cəlal Arutyunyan xidməti səhlənkarlıq maddəsi ilə ittiham olunur.
İttihama görə, 12 oktyabr 2020-ci il tarixində elan olunmuş hərbi vəziyyət zamanı "Müdafiə Ordusunun komandanı", general-leytenant rütbəsi ilə dövlət qulluqçusu olan Cəlal Arutyunyan xidmətə səhlənkar münasibət göstərib və bu səhlənkarlıq ağır nəticələrə səbəb olub.