İzmir sahillərində 50 qanunsuz miqrant xilas edilib


  • 29 Noyabr 2023 09:37

Türkiyənin İzmir şəhərində 50 qanunsuz miqrant xilas edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, İzmirin Dikili sahillərində 2 rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olduğu müəyyən edildikdən sonra bölgəyə Sahil Mühafizəsinin əməkdaşları göndərilib.

Yunanıstan tərəfindən Türkiyə ərazisinə geri qaytarılan 50 qanunsuz miqrant əməkdaşların köməkliyi ilə gəmidən endirilib.

Onlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər