- 9 Oktyabr 23:29
Boliviyada mikroavtobusun dərəyə yuvarlanması nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə La Pazın Koroiko qəsəbəsindən keçən Los Yunqas şossesində baş verib. Mikroavtobus təxminən 200 metr hündürlükdən dərəyə yuvarlanıb.
Yaralılar bölgədəki xəstəxanalara aparılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Rəsmilər qatı dumana görə sürücülərin görmə qabiliyyətinin ciddi şəkildə azaldığını bildirib.
Qeyd edək ki, rəsmi rəqəmlərə görə, ilin əvvəlindən ölkədə baş verən yol qəzalarında 1400-dən çox insan həlak olub, 40 mindən çox insan xəsarət alıb.
Şəbnəm Mehdizadə