Polşada 1,8 milyon insan ifrat yoxsulluq içində yaşayır


  • 29 Noyabr 2023 10:46

2022-ci ildə Polşada ifrat yoxsulluq içində yaşayan insanların sayı 1,8 milyon nəfər olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Szlachetna Paczka" müstəqil araşdırma mərkəzi Polşa Statistika İdarəsinin (GUS) hesabatına əsasən raport hazırlayıb.

Hesabatda ölkədə ifrat yoxsulluq həddində yaşayan insanların ölkə əhalisinin təxminən 5 faizini təşkil etdiyi bildirilir. Yoxsulluq içində yaşayanların 400 mini uşaq, 300 mini isə təqaüdçüdür.

Məlumatda əhalinin təqribən 12 faizinin (4,5 milyon nəfər) nisbi yoxsulluq içində yaşadığı vurğulanıb. Statistikaya əsasən, Polşa əhalisinin 3 faizi qida və gündəlik gigiyena materialları kimi əsas ehtiyaclarını təmin edə bilmir.

Hesabatda yoxsulların ümumiyyətlə işsiz olmadığı, lakin az maaşlı işlərdə çalışdıqları vurğulanıb.

Qeyd edək ki, Polşada 2022-ci ildə ərzaq qiymətləri demək olar ki, 22 faiz, mənzil kirayələri isə 20 faizdən çox artıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər