ABŞ hərbi təyyarəsi Yaponiyada okeana düşüb


  • 29 Noyabr 2023 11:03

ABŞ-a məxsus hərbi təyyarə Yaponiyanın Yakuşima adası yaxınlığında okeana düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 8 nəfərin olduğu bildirilib.

Yaponiya Sahil Mühafizəsinin sözçüsü hadisə ilə bağlı əlavə məlumata malik olmadıqlarını bildirib.

Yaponiyanın MBC telekanalı xəbər verir ki, qəza yerli vaxtla saat 14:47 radələrində baş verib, yerli sakinlər təyyarənin dənizə çırpılması zamanı sol mühərrikinin alışdığını bildiriblər.

Yaponiyadakı ABŞ qüvvələrinin sözçüsü hadisə ilə bağlı heç bir şərh verməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər