- 12 Fevral 23:42
"Noyabrın 29-na keçən gecə rus işğalçıları yenidən Ukrayna ərazisinə raket və PUA-larla hücum ediblər".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Ukrayna müdafiəçiləri son sutkada Rusiyaya məxsus 21 "Shaded" tipli PUA və 2 ədəd "X-59" raketini vurub.
"Dron zərbəsinin əsas istiqaməti Xmelnitski rayonu, "X-59" raketlərinin əsas istiqaməti isə ölkənin cənubu olub. Hava hücumunun dəf edilməsinə Ukrayna Hərbi Hava Qüvvələri və Müdafiə Qüvvələrinin qırıcıları, zenit-raket bölmələri və mobil atəş qrupları cəlb edilib. Düşmənin bütün hücumları dəf edilib", - deyə məlumatda qeyd olunub.
Şəbnəm Mehdizadə