Məzmuna keç

Qanada sel nəticəsində yüzlərlə ev su altında qalıb

Qanada yağan güclü leysan yağışları ciddi fəsadlara səbəb olub.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkənin Böyük Akra bölgəsində suvarma bəndinin daşmasına selə səbəb olub.

Nəticədə yüzlərlə insan evindən didərgin düşüb, 600-dən çox ev isə su altında qalıb.

Bölgənin millət vəkili Sem Corc təxliyə işlərinə başlanıldığını bildirib.

Şəbnəm Mehdizadə