Məzmuna keç

İstanbulda İŞİD-ə qarşı əməliyyatda 9 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda 9 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terror təşkilatı və qarşıdurma bölgələri ilə əlaqəli fəaliyyət göstərən şübhəli şəxslərin tutulması üçün əməliyyatlara başlayıb.

Polis ölkə üçün təhlükə törətməkdə şübhəli bilinən və "xarici terrorçu döyüşçü" olduğu müəyyən edilən şəxslərin tutulması üçün 11 rayonda əməliyyat keçirib.

Əməliyyat çərçivəsində 9 əcnəbi tutularaq polis bölməsinə aparılıb.

Şəbnəm Mehdizadə