Məzmuna keç

Nigeriyada 50-dən çox silahlı dəstə üzvü zərərsizləşdirilib

Nigeriyanın Taraba əyalətində keçirilən əməliyyatlarda 50-dən çox silahlı dəstə üzvü zərərsizləşdirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Taraba polisin sözçüsü Abdullahi Usman məlumat verib.

O, bəzi kəndlərdə 18 ovçunun öldürülməsindən sonra dövlətin bölgədə silahlılara qarşı əməliyyatlar həyata keçirdiyini bildirib.

Əməliyyat zamanı 50-dən çox dəstə üzvünün zərərsizləşdirildiyini qeyd edən Usman, bir çoxunun yaralanaraq xilas olduğunu bildirib.

Usman, qaçan dəstə üzvlərinin tutulması üçün bölgədə axtarışlara başladığını bildirib.

Xatırladaq ki, dünən Taraba əyalətinin Bali bölgəsində 200-ə yaxın silahlı 18 ovçunu öldürüb.

Qeyd edək ki, Nigeriya son vaxtlar silahlı dəstələrin, həmçinin "Boko Haram" və "ISWAP" terror qruplaşmalarının hücumları ilə üzləşir.

Şəbnəm Mehdizadə