Türkiyənin Trabzon şəhərində məktəblilə arasında kütləvi zəhərlənmə olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, orta məktəbdə təhsil alan 12 şagird qarın ağrısı və ürəkbulanma şikayəti ilə xəstəxanaya müraciət edib.
Tibbi yardım göstərildikdən şagirdlər evə buraxılıb.
Ehtimala görə, zərərçəkmişlər məktəbdə keçirilən ad günü tədbirində tort yedikdən sonra zəhərləniblər.
Şəbnəm Mehdizadə
