Məzmuna keç

Mikroavtobus aşdı, 17 nəfər yaralandı

Türkiyənin Kocaeli şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 17 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatlna istinadən xəbər verir ki, toqquşmanın təsirindən mikroavtobus aşıb.

Qəza nəticəsində sürücü və 16 sərnişin xəsarət alıb.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə