Məzmuna keç

Türkiyə ordusu Suriyanın şimalında 2 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Terrorçuların hücum cəhdlərini cavabsız qoymuruq. Suriyanın şimalında "Fərat Qalxanı" bölgəsinə hücuma hazırlaşdıqları təsbit edilən 2 PKK/YPG terrorçusu uğurlu əməliyyat zamanı zərərsizləşdirilib", – nazirliyin məlumatında bildirilib.

Şəbnəm Mehdizadə