Məzmuna keç

Nigeriyada hərbi helikopter qəzaya uğrayıb

Nigeriyada Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Rivers ştatında baş verib.

Helikopterin göyərtəsindəki 5 əsgər xəsarət alıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə